50 mindən çox sənət əsəri ilə təkcə Kiprin deyil, bölgənin ən böyük müasir incəsənət muzeyi olan Kipr Müasir İncəsənət Muzeyi 14 türk toplumuna mənsub sənətçilərin zəngin kolleksiyaları ilə türk dünyası mədəniyyətini eyni dam altında birləşdirir.
Kipr Müasir İncəsənət Muzeyinin kolleksiyasında Azərbaycan rəssamlarının əsərləri xüsusi rəngarəngliyə malikdir.
Müsəlman Şərqinin ilk müstəqil respublikası!
1918-ci il mayın 28-də, 105 il əvvəl Məmməd Əmin Rəsulzadənin sədrlik etdiyi Milli Şura tərəfindən müsəlman Şərqin ilk demokratik respublikası müstəqilliyini elan etdi. Azərbaycanın müstəqilliyini ilk tanıyan Osmanlı İmperiyası olub. 1920-ci ildə Sovet Rusiyasının işğalı ilə başa çatan müstəqillik dövründə Azərbaycan; qısa müddətdə iqtisadiyyat, təhsil, dini etiqad və vicdan azadlığı sahələrində islahatlar apardı, bütün vətəndaşlara bərabər hüquqlar verdi. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini elan edərək ikinci dəfə azadlığına qovuşdu.
“Azərbaycan Müstəqillik Günü Sərgisi” ilə ölkənin müstəqilliyinin 105-ci ildönümü Şimali Kip Türk Cümhuriyyətində də qeyd olunacaq. .
Azərbaycanın türk dünyasının ən önəmli hissəsi olduğunu vurğulayan Yaxın Şərq Təşəbbüsü Qəyyumlar Şurasının sədri proffessor İrfan Suat Günsel bildirib: “Ortaq tarix, mədəniyyət və incəsənətlə bir-birinə bağlı olan türk dünyasının ən önəmli nümayəndələrindən biri olan Azərbaycanın 105-ci müstəqillik gününü səmimi qəlbdən qeyd edirik”.
O bildirib ki, Yaxın Şərq Universitetinin kampusunda Kipr Müasir İncəsənət Muzeyi layihəsi ilə türk dünyasının ortaq mədəniyyətini, tarixini və sənətini bir dam altında toplayaraq Şimali Kipr Türk Cümhuriyyətinə uzanan mədəniyyət körpüsü qurublar: "14 türk toplumuna mənsub rəssamların əsərlərindən ibarət 50 minlik zəngin kolleksiyamızda Azərbaycan rəssamlarının imzası olan əsərlər xüsusi yer tutur. Bu sərgi ilə qardaş Azərbaycan xalqının istiqlal coşqusunu bölüşəcəyik. Bütün insanlarımızı özəl və mənası olan sərgiyə dəvət edirik”.
AzVision.az