Tanrı dağının kiçik qardaşı: Sədərəkdən Ağrı dağına açılan mənzərə - FOTOLAR

      Tanrı dağının kiçik qardaşı:    Sədərəkdən Ağrı dağına açılan mənzərə -    FOTOLAR
  25 May 2023    Oxunub:5252
Türkün mənzilbaşı dağlardır: Tanrı dağından Ağrı dağına və üzü o tərəfə… Bu zaman-məkan yolunda Ağrı dağının xüsusi yeri var. Bu dağ türklər ilə digər mədəniyyətlərin, dinlərin bağlandığı mifoloji düyün nöqtəsidir.

Tanrı dağının ətəklərindən gələn türk boyları Anadolunun kandarında qarşılarına çıxan bu dağa “Ağr” – yakut türkcəsində “Tanrı” adını veriblər. Qurultaylarını Tanrı dağının kiçik qardaşını xatırladan bu dağın ətəyində keçiriblər.


Ağrı dağı Oğuz boylarının yaylağı olub. Oğuzlar ona “Ala Dağ” deyirdilər. “Kitabi-Dədə Qorduq”da
“Kalkıp Kazan Han yerinden doğrulu Verdi
Ala Dağda çadırını otağını dikti
Üç yüz altmış altı alp erenler yanına toplandı”

deyərkən elə Ağrı dağı nəzərdə tutulur.


Ağrı dağının türk folklorunda, ədəbiyyatında, mifologiyasında xüsusi yeri var. Mehmet Arif Nihat Asyanın bu misraları ən gözəl örnəklərdən biridir:

Bir âbide istersen eğer, Ağrı'ya git!
Yükseklerden gelen büyük çağrıya git!
Çıkmışken yolcu, Ağrı'nın zirvesine,
Dönmek ne demek? Kanatlanıp Tanrı'ya git!

Bir gün o dağın ən azı ətəyinə mütləq gedəcəyik!

Hans Kloss
Tariyel Həsənov

AzVision.az


Teqlər: Ağrı-dağı  





Xəbər lenti