Nişanlı gənclərin faciəvi sonu: “Heç balalarının ölməsindən xəbəri yoxdur” – VİDEO

   Nişanlı gənclərin faciəvi sonu:    “Heç balalarının ölməsindən xəbəri yoxdur”    – VİDEO
  23 May 2023    Oxunub:1634
Mayın 22-də Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə beş nəfər həyatını itirib. Onlardan dördü bir ailənin üzvləridir. Baku TV-nin əməkdaşı həlak olanların ailəsində olub, qəzanın təfərrüatını araşdırıb.

Məlum olub ki, hadisə həlak olan cütlük üçün Bakıya nişan üzüyü almağa gedərkən baş verib.

“Səhər saat 8-də yola saldım, 9-da zəng edildi ki, xəstəxanaya gəlin. Bacım komadadır. Heç balalarının öldüyündən xəbəri yoxdur. Qızı mənim gəlinimdir. Oğlu da, gəlini də ölüb”, - deyə qəzadan sağ çıxan qadının bacısı, həlak olan Məhərrəm Səmədovun anası deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

AzVision.az



Teqlər:





Xəbər lenti