"Gunay bank"ın bağlanmasından kimlər zərərli çıxacaq? - Ekspert açıqlaması

  "Gunay bank"ın bağlanmasından kimlər zərərli çıxacaq? -  Ekspert açıqlaması
  19 May 2023    Oxunub:2020
"Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən "Günay Bank" sistem üçün əhəmiyyətli və risk yaradan bank deyildi. Onun bağlanması maliyyə və bank sektoruna hər hansı mənfir təsir göstərməyəcək".
Bağlanan bankın kartlarındakı pulların taleyi necə olacaq?
Bunu AzVision.az -a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib. Onun sözlərinə görə, bağlanma səbəbindən əhalinin kütləvi şəkildə banklardan depozitlərini çıxartması hadisəsi yaşanmayacaq. Amma bunun fiziki şəxslərin əmanətlərinə təsiri olacaq.

"Belə ki, iş adamları olan fiziki şəxslərin 20 min manata qədər əmanətləri qorunur. "Gunay bank"ın bağlanmasının hansı kateqoriya şəxslərə, şirkətlərə təsiri yalnız hesablamalardan sonra üzə çıxacaq".

E.Sadıqov qeyd edib ki, bankın bağlanması gözlənilməsə də, şok hadisə də olmadı. "Gəzən söz-söhbətlər, son dövrlərdəki müzakirələr, müsahibələr zamanı səsləndirilən fikirlər orada hər hansı problemlərin olduğunu göstərirdi. Bankla Mərkəzi bank arasında olan kapital artımı və digər atılan addımlar birazdan yəqin açıqlanacaq. Əsas məsələlərdən biri kapital adekvatlığı idi. Düşünürəm ki, bağlanmasının səbəbi budur və bu rəqəmlərlə açıqlanacaq".

Ekspert qeyd edib ki, ölkədə problemli bir neçə bank var. Lakin bunlar haqqında danışıb, əhali arasında ajiotaj yaratmaq da düzgün deyil:

"Düşünmürəm ki, belə bankların sayı çox deyil. Bir və ya bir neçə bank hər hansı problemlə üzləşə, kapital çatışmazlığı yaşaya bilər. Onlar vaxtında tədbir görərək, işin bu həddə çatmasını gözləmədən kapital artımına gedə, kapital adekvatlığı əmsalları düzəldə bilərlər. Bu, önəmli məsələdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:   GünayBank  





Xəbər lenti