Azyaşlıların ölümü ilə bağlı araşdırma aparılır

Azyaşlıların ölümü ilə bağlı araşdırma aparılır
  18 May 2023    Oxunub:1363
Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan AzVision.az -a bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti