""Günaybank"da 1950 manatım batdı" - Ekspert

   ""Günaybank"da 1950 manatım batdı" -    Ekspert
  17 May 2023    Oxunub:1238
“Mərkəzi Bank "Günay Bank"ın lisenziyasını ləğv etdi. Hüquqi şəxs cari hesabımızda olan 1950 AZN donduruldu. Batdı desək, daha doğru olar…”
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir İsmayıl sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, əvvəlki illərdə də oxşar təcrübə yaşanıb: “Ötən illərdə ləğv olunan (ATA, AG, NBC, Standard, Dəmir, Amrah) banklarda hüquqi şəxslərin 100 milyonlarla AZN vəsaiti batdı. Üstündən 3 il vaxt keçib, Əmanətlərin Sığortalanması Fondu bu pulların adını çəkmir.
Ətraflı

Bu necə olur? AMB kommersiya banklarını istənilən an bağlamaq səlahiyyətinə malikdir. Amma hüquqi şəxslərin cari hesabında saxladığı vəsaitə və yerləşdirdiyi əmanətə təminat verilmir. Nağdlaşdırılma şərtləri də sərtləşdirilir və məhdudlaşırılır”.

Ekspert bildirib ki, hüquqi şəxsin hesabında vəsait varsa, bu, hələ həmin hüquqi şəxsin vəsaiti olduğu anlamına gəlmir: “Həmin vəsaitin çoxsaylı təyinatları var. Əgər hüquqi şəxsin hesabında olan vəsait lisenziyası ləğv olunan bankda batırsa, həmin hüquqi şəxs öz öhdəliklərini 3-cü tərəf qarşısında necə yerinə yetirsin?”

S. İsmayıl, həmçinin əlavə edib ki, 2020-ci ildə bağlanan banklarda 5500 AZN vəsaiti qalıb: “Məktub yazmışıq, onlar cavab olaraq bildiriblər ki, hələ Himayəçilər Şurasının hesabında olan vəsaitlərin verilməsinə baxılmır. Öncə əmanətlər, vergilər və s. ödənilir. Elə şirkət var ki, Standard Bankda 72 mln vəsaiti qalıb”.

Qeyd edək ki, qanuna görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti