DİN-dən günlərdir danışılan fotoya münasibət

  DİN-dən günlərdir danışılan fotoya münasibət
  17 May 2023    Oxunub:1786
Daxili İşlər Nazirliyi Azərbaycanda dəmir yolunun zəbt edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan şəkillərə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, qeyd edilən foto Azərbaycanda çəkilməyib.

"Dəmir yolu üzərində tikinti ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Araşdırma zamanı məlum olub ki, həmin görüntülər Azərbaycanda deyil, xarici ölkələrdən birində çəkilib”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: DİN  





Xəbər lenti