"Günay Bank"ın bağlanması sektora heç bir təhdid yaratmır" - Mərkəzi Bank

   "Günay Bank"ın bağlanması sektora heç bir təhdid yaratmır" -    Mərkəzi Bank
  17 May 2023    Oxunub:1365
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC-nin ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 %, kredit portfelində 1 %, öhdəliklərində isə 0,5 % təşkil edir.
AzVision.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

"Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır", - deyə qurum bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti