Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı rəsmi açıqlama

Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı rəsmi açıqlama
  16 May 2023    Oxunub:1784
Azərbaycanda dəmir yolunun yarısına qədər uzanan hasar diqqət çəkib.
Sosial şəbəkələrdə paylaşılan foto geniş müzakirələrə səbəb olub. İddialara görə, foto Gəncədə lentə alınıb.

Şərhlərdə sosial şəbəkə izləyiciləri məsələyə ərazi üzrə icra hakimiyyətinin, eləcə də Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin münasibət bildirməməsini qınayıb.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova mövzuya münasibət bildirib.

AzVision.az xəbər verir ki, qurum sözçüsü sosial şəbəkə üzərindən verdiyi açıqlamada nə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını qeyd edib.

O bildirib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur:

“Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir. "Azərbaycan Dəmir Yolları"nın balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır”.

AzVision.az



Teqlər:





Xəbər lenti