Şabranda kütləvi zəhərlənmə olub

Şabranda kütləvi zəhərlənmə olub
  16 May 2023    Oxunub:1351
Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.
AzVision.az -ın məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti