Gələcəkdə vergi sistemində süni intellekt tətbiq edilə bilər

 Gələcəkdə vergi sistemində süni intellekt tətbiq edilə bilər
  13 May 2023    Oxunub:1989
“Yaxın gələcəkdə vergi sistemində süni intellektin tətbiq edilməsi istiqamətində müvafiq danışıqlar aparılır”.
AzVision.az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin media namayəndələri üçün keçirilən təlimdə qurumun Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev deyib.

O bildirib ki, vergi sistemində elektron xidmətlərin keyfiyyətini təmin etmək və təhlükəsizliyi artırmaq məqsədilə bu istiqamətdə danışıqlar aparılır:

"Süni intelektlə bağlı məsələ, eləcə də elektron auditin tətbiqi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin prespektivləri sırasındadır".

Ayten Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti