Məşhur opera müğənnisi vəfat etdi

Məşhur opera müğənnisi vəfat etdi
  09 May 2023    Oxunub:1148
Amerikalı opera müğənnisi Qreys Bambri 86 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, ifaçı ötən gün Vyanada xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Bambri 1961-ci ildə Almaniyada "Bayreuth Festivalı"nda debüt edən ilk qaradərili müğənni olub. O, Riçard Vaqner medalına (1963), İfaçılıq sənətinə töhfəyə görə Kennedi Mərkəzi Mükafatına (2009), YUNESKO Mükafatına layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti