Qaradağda yaşayış binasında yanğın olub

Qaradağda yaşayış binasında yanğın olub
  08 May 2023    Oxunub:1153
Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 72 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti