Bakıda üç maşın yanıb

Bakıda üç maşın yanıb
  04 May 2023    Oxunub:1148
Bakıda obyektdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xətai rayonunda ümumi sahəsi 250 kvadratmetr olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan sexin qarşısında təmirə dayanan “Mercedes-Benz” və “Honda” markalı minik avtomobillərinin ön hissəsi, “Hyundai” markalı minik avtomobilinin arxa hissəsi yanıb. Tikilinin və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti