Vətənindən incik düşən Puqaçova Moskvaya qayıtdı

Vətənindən incik düşən Puqaçova Moskvaya qayıtdı
  03 May 2023    Oxunub:2242
Rusiyalı müğənni Alla Puqaçova Moskvaya qayıdıb.
Bu barədə "Moskovskiy Komsomolets" məlumat yayıb. Nəşrin yazdığına görə, ifaçı Moskvaya biznes təyyarəsi ilə deyil, adi təyyarə ilə uçub. Bu isə o deməkdir ki, ulduz vətənə qayıtmaq qərarını tələsik verib.

Puqaçova hava limanından dərhal Moskva vilayətinin Qryaz kəndində yerləşən evinə gedib. Bildirilir ki, paytaxta gəlişinə səbəb ifaçının yaxın dostları, modelyerlər Vyaçeslav Zaitsev və Valentin Yudaşkinin vəfat etməsi olub. O, Yudaşkinin mayın 6-da Troekurovski qəbiristanlığında baş tutacaq dəfn mərasimində iştirak etməyi planlaşdırır.
Qalkindən Ukrayna müharibəsi ilə bağlı təsirli paylaşım - VİDEO


Ulduza yaxın mənbələr onun qayıdışını “sırf özəl” adlandırıb və həmçinin bir neçə gündən sonra müğənninin ötən ilin sentyabrından uşaqları ilə köçdüyü İsrailə qayıdacağını vurğulayıb.

Qeyd edək ki, Alla Puqaçova Ukraynadakı müharibə barədə ictimaiyyət üçün açıqlamalar vermir. Lakin onun həyat yoldaşı Maksim Qalkin rus hərbçilərin törətdiyi əməlləri və şəhərləri bombalamaq əmri verənRusiya rəhbərliyini pisləyib. Onlar müharibə başlayandan İsrailə köçmüşdülər.
Bu səbəbdən Rusiya Ədliyyə Nazirliyi Qalkini xarici agentlərin reyestrinə daxil edib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Rusiya  





Xəbər lenti