Norveç neft və qaz hasilatını artıracaq

 Norveç neft və qaz hasilatını artıracaq
  03 May 2023    Oxunub:2158
Norveçin neft şirkətləri Barents dənizində yeni neft və qaz yataqlarını işlətməyə hazırlaşırlar ki, bu da ölkənin Avropa üçün əsas "qara qızıl" tədarükçüsü olaraq qalmasına imkan verəcək.
Bu barədə "Bloomberg" yazıb. Qeyd olunub ki, Norveçin kəşf edilməmiş neft və qaz ehtiyatlarının 60%-i Barents dənizinin sularında yerləşir. İndiyədək Norveç biznesi və hakimiyyət orqanları çətin iqlim şəraitinə görə Arktikanın sularında neft hasilatını artırmağa tələsmirdilər ki, bunun öhdəsindən gəlmək üçün böyük həcmdə investisiya yatırılmalıdır.

Vəziyyət 24 fevral 2023-cü ildən sonra dəyişib. Hökumət şirkətləri Arktikanın sularını mümkün qədər aktiv şəkildə öyrənməyə çağırıb. 2023-cü ildə Nazirlər Kabineti 78-i Barents dənizində olmaqla 92 sahədə kəşfiyyat işlərinə lisenziya verəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Norveç  





Xəbər lenti