Gülşənlə bağlı qərar verildi: 10 aylıq həbs
İstanbul 11-ci Ağır Cəza Məhkəməsində mühakimə olunan Gülşen məhkəmədə iştirak etməyib. Onu iclasda vəkilləri təmsil edib.
Qeyd edək ki, Gülşənin İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılmışdı və barəsində saxlanılma qərarı verilmişdi. Daha sonra müğənni məhkəmə qarşısına çıxarılmışdı. Məhkəmə qərarı ilə Gülşən həbs olunaraq həbsxanaya göndərilmişdi. Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunurdu.
Məhkəmənin avqusutun 29-u müğənni ilə bağlı verdiyi qərarla sənətçi ev dustaqlığına buraxılmışdı.
Şahanə Rəhimli
AzVision.az