Manatın məzənnəsi 5 faizə yaxın möhkəmlənib

   Manatın məzənnəsi 5 faizə yaxın möhkəmlənib
  03 May 2023    Oxunub:1091
"Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir".
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, özünü valyuta bazarında da göstərir.

"Belə ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 4 ayında 4.8% möhkəmlənib. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırır", deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti