Dünyanın ən çox qazanan idmançıları

   Dünyanın ən çox qazanan idmançıları
  03 May 2023    Oxunub:1331
Dünyanın ən çox qazanan idmançıları məlum olub.
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “Forbes”in ən çox gəlir əldə edən idmançılar siyahısına başçılıq edir. Superulduzun son bir ildəki ümumi qazancı 136 milyon dollar olaraq qiymətləndirilir.

İkinci yerdə ötən ilin lideri argentinalı Lionel Messi 130 milyon dollar gəlirlə qərarlaşıb. İlk üçlükdə yer alan digər oyunçu isə son bir ildə 120 milyon dollar qazanan Fransa millisinin futbolçusu Kilian Mbappe olub.

Reytinqdə həmçinin üç basketbolçu, o cümlədən Los-Anceles Leykersdən LeBron Ceyms də var - o, 119,5 milyon dollarla dördüncü yerdədir. Amerikalı qolfçu Dastin Conson keçən il qazandığı 107 milyon dollarla altıncı sırada qərarlaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti