Azərbaycana 300 milyard dollara yaxın investisiya qoyulub

   Azərbaycana 300 milyard dollara yaxın investisiya qoyulub
  02 May 2023    Oxunub:1202
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan iqtisadiyyatı dərin tənəzzül içində idi və Prezident onun sabitliyinin təmin olunmasına çox böyük töhfələr verdi.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ş.Mövsümov, həmçinin “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, Bakı-Tbilisi- Ceyhan layihəsindən və Azərbaycanın təşəbbüskarı olduğu nəhəng nəqliyyat dəhlizləri layihələrindən önəmindən bəhs edib. “Ölkəmizə 300 milyard dollara yaxın investisiya qoyulub. Azərbaycan alternativ enerji resurslarını paylaşan ölkədən tranzit ölkəyə çevrilib”, - deyə Şahmar Mövsümov vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti