BVF: "Dünya dollardan imtina etməyə başlayır"

      BVF:    "Dünya dollardan imtina etməyə başlayır"
  02 May 2023    Oxunub:1335
Dünya dollardan tədricən imtina etməyə başlayıb.
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun icraedici direktoru Kristalina Georgiyeva bildirib.

O, bu valyutanın istifadəsinin perspektivlərindən danışaraq, bu məsələnin narahatlıq doğurmadığını qeyd edib: “Dollardan tədricən imtina var, lakin mən buna alternativ görmürəm. Bu, ən azı yaxın vaxtlarda olmayacaq”.

Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak enerji resursları üçün hesablamalarda dollar və avrodan tamamilə imtina etdiyini açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti