"Formula 2": Bakıdakı sprint yarışın qalib bəlli oldu - YENİLƏNİB
"Prema Racing"dən Frederik Vesti ikinci, "Hitech"dən Jak Kroufurd üçüncü yeri tutub.
Sonlara yaxın zərcirvari qəza baş verib və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib.
***
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında üç pilot mübarizəni dayandırıb.
AzVision.az xəbər verir ki, "Van Amersfoort Racing" konandasından Riçard Verşur, "Campos Racing"dən Ralf Boşunq və "Rodin Carlin"dən Zeyn Meloni sıradan çıxıblar.
***
"2023 Formula 1 Azərbaycan Qran Prisi" çərçivəsində "Formula 2" komandalarının birinci sprint yarışı başlayıb.
AzVision.az xəbər verir ki, 50 dəqiqə davam edəcək.
Qeyd edək ki, ötən gündən "2023 Formula 1 Azərbaycan Qran Prisi" start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.
Yarışın 2-ci günü, yəni aprelin 29-da "Formula 1" komandalarının 2-ci sərbəst yürüşü və "Formula 1" və "Formula 2" komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, "Formula 1" və "Formula 2" üzrə qaliblər müəyyən ediləcək.
AzVision.az
Teqlər: