Qarabağda erməni polkovnik ölüb

Qarabağda erməni polkovnik ölüb
  27 May 2014    Oxunub:1072
Dağlıq Qarabağ münaqişəsi zonasında Dağlıq Qarabağdakı separatçı rejimin “ordu”sunun podpolkovniki ölüb.
“Regnum”un məlumatına görə, separatçıların “Müdafiə Nazirliyi” təmas xəttinin cənub istiqamətində Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində podpolkovnik Qarik Balayanın həlak olduğu haqda xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə APA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi atəşkəsi pozmur: “Atəşkəs rejimi hər dəfə düşmən tərəfindən pozulur və onlara cavab atəşi açılır. Deyilən fakta bizim aidiyyətimiz yoxdur. Bu, onların öz daxillərində olan problemlərdir”.


Teqlər:  





Xəbər lenti