Tərtərdə mina faciəsi: 3 nəfər həlak oldu

   Tərtərdə mina faciəsi:    3 nəfər həlak oldu
  28 Aprel 2023    Oxunub:2538
2023-cü il, aprelin 28-də Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə AzVision.az- a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.
***
Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Bu barədə AzVision.az- a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti