Sovet və gürcü aktyoru Basilaşvili vəfat edib

Sovet və gürcü aktyoru Basilaşvili vəfat edib
  27 Aprel 2023    Oxunub:1846
Məşhur sovet, gürcü və rus aktyoru, rejissor Yevgeni Basilaşvili vəfat edib. Bu barədə Rusiya mətbuatı Tatyana Qluşenkoya istinadən məlumat yayıb.
Onun Volqoqradda dünyadan köçdüyü deyilir.

Yevgeni Basilaşvili Gürcüstan Dövlət Teatr İnstitutunu bitirib. O, Gürcüstan SSR-in əməkdar artisti adına layiq görülüb, Rusiya Teatr Xadimləri İttifaqının üzvü olub. 1988-1995-ci illərdə Volqoqrad Gənc Tamaşaçılar Teatrının baş rejissoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1995-ci ildən Volqoqradda müəllim işləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti