Azərbaycan gözəli belə seçildi - FOTOSESSİYA

Azərbaycan gözəli belə seçildi - FOTOSESSİYA
  26 May 2014    Oxunub:12796
Miss Globe International Beynəlxalq Gözəllik Müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli bəlli oldu. Yerli kastinqdə 150-dək gözəlin arasından seçilmiş 12 gözəl Azərbaycan gözəli adı uğrunda mübarizə apardı. Gecənin sonunda, münsiflər heyyətinin qərarı ilə Şücai Banu İslam qızı “Miss Globe Azərbaycan “ adına layiq görüldü.
Münsiflər seçim edərkən iştirakçıların gözəlliklərindən əlavə həmçinin onların intellektual və mədəni səviyyələrinə önəm verib. İştirakçılar gecə ərzində milli, geyim, gəlinlik, gecə libası və idman geyimi olmaqla 4 üslubda əlbisə nümayiş etdirib.

Beləliklə, münsiflərin seçdiyi gözəl iyunun 21-də Bakının simvoluna çevrilmiş möhtəşəm Chrystall Hall-da keçiriləcək dünya miqyaslı “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsinin 89-cu finalına vəsiqə qazandı.

Gecənin qalibi isə belə bir nəticənin onun üçün gözlənilən olduğunu bildirdi:

“Mən ilk gündən özümə güvənirdim. Düzdür, iştirakçılar hamısı gözəl idi, hamısı mənə rəqib idi, lakin qalib mən oldum. Münsiflər bu qədər iştirakçı arasından məni qalib hesab ediblərsə, demək qalibiyyətə ən çox mən layiqəm”. Qarşıda məni çətin mərhələ gözləyir. Final gününə o qədər də çox vaxt qalmayıb. Çalışıb bu minimum vaxtdan maksimum istifadə edəcəm ki, Azərbaycanı Miss Globe İnternational” müsabiqəsində layiqincə təmsil edim”.

Artıq mayın 26-dan “Miss Globe Azərbaycan” adını qazanmış iştirakçı ilə yarışmanın final gününə qədər ciddi hazırlıq prosesinə start verilir. Dəvət olunmuş yerli və beynəlxalq mütəxəssislər final gününə qədər təmsilçimizlə geyimindən tutmuş səhnə davranışınadək bütün detallar üzərində ciddi işləyəcəklər.

Qeyd edək ki, “Miss Globe Azərbaycan” gözəlinin seçim günü 2-ci yeri Cəmilə Abdul Lətif qızı, 3-cü yeri isə Nuridə Abdullayeva İlham qızı tutdu.

Bundan əlavə gecədə digər nominasiyalar üzrə qaliblər də müəyyənləşdi. Belə ki, Günay Balaxanova “Miss Sharm”, Oksana Rzayeva “X-Lady” və “Miss Cosmopolitan Azerbaijan”, üçüncü yerin sahibi Nuridə Abdullayeva “Miss Elegance of Azərbaycan”, “Miss Xəzər İsland” nominasiyaları üzrə də mükafata layiq görüldü.

“Signs Art Adventure” şirkətinin rəhbəri, eləcə də “MERAC PRODUCTION” tərəfindən “Miss Globe İnternational -2014” layihəsinin rəhbəri təyin olumnuş Nigar Məmmədova münsiflər heyətinin kifayət qədər peşəkar və obyektiv olduğunu bildirib. O Azərbaycanı təmsil edəcək gözəlin seçilməsi üçün reallaşan yerli kastinqin də böyük məsuliyyətlə keçirildiyini verğulayıb. “Azərbaycanı bu yarışmada təmsil edəcək gözəlin seçilməsi üçün elan olunmuş kastinqdə 100-dən artıq qız iştirak edib. Bir-birindən yaraşıqlı bu qızların arasından ilk əvvəl 20 qız seçməy düşünürdük. Lakin biz Azərbaycanı təmsil edəcək gözəl üçün meyarları bir qədər də yüksəldərək qərara aldıq ki, Azərbaycan gözəlini yaxşıların ən yaxşısı arasından seçək . Beləliklə də 12 yaraşıqlı qız “Miss Globe İnternational” müsabiqəsində ölkəmizi təmsil edəcək Azərbaycan gözəli adı uğrunda mübarizə aparmağa vəsiqə qazandı”- deyə Nigar Məmmədova qeyd edib.

“Miss Globe İnternational” iki mərhələdən ibarətdir. Birinci mərhələ “ Miss Globe National Beauty” müsabiqəsidir. Milli Finalların qalibi olmuş qızlar ikinci mərhələyə vəsiqə qazanaraq güclərini “Miss Globe İnternational” yarışmasında sınamaq imkanı əldə edirlər.

Qeyd edək ki, “Miss Globe İnternational” müsabiqəsinin dünyanın 162 ölkəsində rəsmi təmsilçisi var ki , onlardan 25-i Bakıda keçiriləcək yarışı izləmək üçün Azərbaycana gələcək. Dünyanın müxtəlif ölkələrində bu müsabiqəyə böyük maraq olduğundan “Miss Globe İnternational” yarışmasının finalı dünyanın 70 ölkəsinin geniş auditoriyaya malik telekanalları vasitəsilə yayımlanacaq.

Xatırladaq ki, “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsi “MERAC PRODUCTİON”-ın rəhbərliyi altında “Signs Art Adventure” şirkətinin təşkilatçılığı ilə baş tutub. Layihənin Baş Sponsoru isə dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları” layihəsidir.
“Miss Globe İnternational” Beynəlxalq Gözəllik Müsabiqəsində Azərbaycanı təmsil edəcək gözəli 9 nəfərdən ibarət münsiflər heyyəti müəyyənləşdirib.

- Rasim Aydin - “Miss Globe İnternational”ın sahibi
- Ferhan Aral- - Dünya şöhrətli xoreoqraf
- Mamed Əliyev - “MERAC” Holdinqin baş müşaviri Mamed Əliyev
- Nigar Məmmədova -Signs art adventure –şirkətinin rəhbəri, “Miss Globe Azərbaycan” layihəsinin rəhbəri
- Aygün Ağamalı – “Albireo” şirkətinin rəhbəri - Rusiya , Türkiyə, İtaliya və bir çox ölkələrdə mədəniyyət tədbirlərinin təşkilatçısı
- Abdulridha Hasan Salman - Xəzər Adalarının nümayəndəsi
- Xalida Bayramova – Ziyalı qadınlar klubunun prezidenti
- Minarə Allahverdiyeva – tanınmış akrtisa, model
- Ruhi Əliyeva- qonaq münsif

Fotolar: Nuran Məmmədov / AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti