Azərbaycan millisinin sabiq qapıçısı futboldan ömürlük kənarlaşdırılıb
İddiaya görə, hazırda "Yesentuki" komandasında çıxış edən azərbaycanlı oyunçu bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" görüşünün nəticəsini manipulyasiya edib.
Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.
Qeyd edək ki, Ziyadxan Məmmədov 2013-2015-ci illərdə aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarında çıxış edib. O, müxtəlif vaxtlarda "Neftçi", "Zirə" və "Zaqatala"nın da formasını geyinib.
Teqlər: