Sədr KOB subyektlərinin sayını açıqladı

Sədr KOB subyektlərinin sayını açıqladı
  25 Aprel 2023    Oxunub:1282
"KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.000-nə yaxınlaşıb".
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu dövr ərzində KOB-ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3%-dən 59,8%-ə yüksəlib:"Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik. Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunur. Əldə olunan məlumatlar və aparılmış təhlillər əsasında ötən dövrdə biznes subyektləri və sahibkarlığa başlamaq istəyən şəxslər üçün bir sıra dəstək mexanizmləri yaradılmış və istifadəyə verilmişdir. Belə ki, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir".

O. Məmmədovun söğzlərinə görə, ölkəmizin 3 fərqli bölgəsində fəaliyyət göstərən KOB Evlərimiz “one-stop shop” formatında “G2B” və “B2B” xidmətlər göstərməkdədir.

"2023-cü ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə geniş funksional və texniki imkanlara malik Bakı KOB Evinin açılışı oldu. Bu ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Hazırda ölkənin 39 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti