"4 milyondan çox vətəndaşa 7 milyard manat vəsait ödənilib" - Sahil Babayev

   "4 milyondan çox vətəndaşa 7 milyard manat vəsait  ödənilib" -    Sahil Babayev
  25 Aprel 2023    Oxunub:1408
"Bu gün milli sahibkarlığın inkişafının ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial yönümlü inkişaf konsepsiyasına uyğun olaraq rolu artır".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.

O bildirib ki, təkcə son 5 ildə həyata keçirilən 4 sosial islahat paketi nəticəsində 7 milyard manat vəsaitin 4 milyondan çox vətəndaşa ödənilməsinə şərait yaradılıb.

"Sosial islahatlar böyük töhfəsini verib. Buna görə Azərbaycan MDB ölkələrində öncüldür. Son 5 ildə məşğulluq orqanları tərəfindən 382 min nəfər, cari ildə isə 2 min işsiz işlə təmin edilib, 14 min nəfər peşə hazırlığına cəlb olunub. Aktiv məşğulluq tədbirləri sahibkarların dəstəyi olmadan həyata keçirilə bilməzdi".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti