Bakıda yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub
  24 Aprel 2023    Oxunub:1029
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə və digər xilasetmə işləri həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti