Villa sahibləri dənizə gedən yolda şlaqbaum quraşdırıblar - FOTO/VİDEO

   Villa sahibləri dənizə gedən yolda şlaqbaum quraşdırıblar -    FOTO/VİDEO
  24 Aprel 2023    Oxunub:2118
Yay mövsümünün yaxınlaşması və isti günlərin gəlməsi ilə Bakı çimərliklərində və sahil kəndlərində müxtəlif neqativ tendensiyalar yenidən özünü büruzə verməyə başlayır.
Xüsusilə də əvvəllər hər kəsə açıq olan və dənizə gedən küçələrdən birində villa sahibləri özbaşına şlaqbaum quraşdırıblar və bununla da yolun qarşısını kəsiblər.

Bu barədə Bakının Xəzər rayonunun Buzovna kənd sakinləri bildiriblər.

Fakt barədə Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılıb və bu özbaşınalığa reaksiya verilməsi gözlənilir.



AzVision.az



Teqlər: Villa   Dəniz  





Xəbər lenti