Lənkəranda nişana gələn 17 nəfər zəhərləndi

Lənkəranda nişana gələn 17 nəfər zəhərləndi
  24 Aprel 2023    Oxunub:1130
Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.
AzVision.az xəbər verir ki, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.

Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.

AzVision.az



Teqlər:





Xəbər lenti