Banqladeşdə ildırım 9 nəfəri vuraraq öldürüb

   Banqladeşdə ildırım 9 nəfəri vuraraq öldürüb
  24 Aprel 2023    Oxunub:1282
Banqladeşdə ildırım vurması nəticəsində azı 9 nəfər ölüb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Ölüm halları Sunamqanc, Maulvibazar və Silhet vilayətlərinin müxtəlif rayonlarında qeydə alınıb. Hadisələrin əksəriyyəti bazar günü kənddə insanların tarlada işlədiyi vaxt baş verib.

Banqladeşdə ilin bu vaxtında yağışlı mövsümün başlaması səbəbindən insanlar tez-tez ildırım vuraraq həlak olurlar. Bu ölkədə hər il yüzlərlə belə ölüm halları qeydə alınır.


AzVision.az


Teqlər:





Xəbər lenti