“Shacman” minik avtomobilini əzib, iki nəfər ölüb

“Shacman” minik avtomobilini əzib,    iki nəfər ölüb
  24 Aprel 2023    Oxunub:1335
Bakıda iki nəfərin ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili, Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobildə olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər sərnişin 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti