Güləşçimiz erməniyə qalib gəlib Avropa üçüncüsü olub

   Güləşçimiz erməniyə qalib gəlib Avropa üçüncüsü olub
  23 Aprel 2023    Oxunub:1400
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 60 kq-da yarışan idmançı ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.

Rəqibinə 9:5 hesabı ilə qalib gələn Məmmədli Avropa üçüncüsü olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.
AzVision.az


Teqlər:





Xəbər lenti