"Xaçmazda itkin düşən qardaşlar tapılmayıb" - DİN YENİLƏNİB

  "Xaçmazda itkin düşən qardaşlar tapılmayıb" -  DİN YENİLƏNİB
  22 Aprel 2023    Oxunub:2199
Xaçmazda itkin düşən iki qardaşın tapılması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda onların tapılması istiqamətində axtarışlar davam etdirilir.

***
Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

AzVision.az xəbər verir ki, barədə "Report"a məktəblilərin atası Tural Muradov deyib.

"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər", - o söyləyib.

***
Xaçmazda iki qardaş itkin düşüb.

Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Belə ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti