Şri Lanka çay ixracını azaldıb

Şri Lanka çay ixracını azaldıb
  22 Aprel 2023    Oxunub:1212
Şri Lanka mart ayında çay ixracını 2022-ci ilin eyni ayı ilə müqayisədə 22% azaldıb.
Bu barədə “Daily Mirror” qəzeti yazıb. “Şri-Jayavardenepura-Kotte” şirkəti ümumi tədarüklərin həcmini 17,97 milyon kq-a qədər azaldıb. 2023-cü ilin birinci rübündə (yanvar-mart) ölkə çay ixracını 2022-ci ilin ilk üç ayı ilə müqayisədə 15% azaldaraq, 54,08 milyon kq-a çatdırıb.

Yanvar-mart aylarında Türkiyə alışını illik müqayisədə 102% artıraraq Şri-Lanka çayının əsas idxalçısı olub. İkinci yerdə İraqdır. Məhsul idxalına görə Rusiya ilk üçlükdədir.

Şri Lanka Çin və Hindistandan sonra dünyada üçüncü ən böyük çay istehsalçısıdır. Ölkə dünya ixracında 23% payla ən böyük çay ixracatçılarından biridir.


AzVision.az


Teqlər:





Xəbər lenti