AYİB Ukraynaya 3 milyard avro yardım edəcəyini təsdiqlədi

 AYİB Ukraynaya 3 milyard avro yardım edəcəyini təsdiqlədi
  21 Aprel 2023    Oxunub:1254
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iqtisadiyyatın real sektorlarını və ölkənin özəl biznesini dəstəkləmək üçün 2022-2023-cü illər üçün Ukraynaya 3 milyard avroya qədər yardım göstərməklə bağlı əvvəlki vədini yerinə yetirmək əzmində olduğunu təsdiqləyib.
Kredit təşkilatının məlumatında deyilir ki, qurumun rəhbəri Odil Reno-Basso bu barədə Kiyevdə keçirilən görüşdə Ukrayna prezidenti Volodimir Zelenskiyə məlumat verib. Reno-Basso Ukrayna Milli Bankının rəhbərliyi, nazirlər, Kiyev meri Vitali Kliçko və özəl biznes nümayəndələri ilə də görüşdüyü hazırkı səfər onun üçün münaqişə başlayandan bəri artıq ikinci səfər idi. AYİB rəhbəri ilk dəfə olaraq ötən ilin oktyabrında Kiyevə səfər edib.

"Gələcək bərpa işlərinə hazırlaşmaq üçün dəstəyimizi qorumaq və genişləndirmək üçün əlimizdən gələni edəcəyik. Bu, investisiya və islahat gündəliyinə davamlı dəstəyi nəzərdə tutur".

Kommunikedə deyilir ki, 2022-ci ildə AYİB Ukraynaya ümumi sərmayəsinin 10%-ni təşkil edən 1,7 milyard avro vəsait ayırıb və tərəfdaş maliyyə institutlarından daha 200 milyon avro cəlb edib. Xüsusilə, ötən il bank Ukraynanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün “Naftoqaz”a 300 milyon avro kredit ayırdığını elan edib, kəskin likvidlik çatışmazlığını aradan qaldırmaq üçün "Ukrayna Dəmir Yolları"na təxminən 150 milyon avro məbləğində və "Ukrenerqo"nun likvidliyini dəstəkləmək üçün 147,3 milyon avro məbləğində kreditin təyinatının dəyişdirilməsini təsdiq ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti