"Turan Tovuz"un futbolçusuna sərt cəza

   "Turan Tovuz"un futbolçusuna sərt cəza
  20 Aprel 2023    Oxunub:1094
AFFA İntizam Komitəsi "Turan Tovuz"un 3 futbolçusunu cəzalandırıb.
AzVision.az -ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, qərarda bildirilir ki, klubun qapıçısı Kamal Bayramov Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı matç bitdikdən sonra rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

“Turan Tovuz” futbolçusu Tərlan Quliyev matç bitdikdən sonra təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

Tovuz təmsilçisinin futbolçusu Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti