Vəkil Ronaldonun həbsi və deportasiyası üçün sorğu göndərəcək

   Vəkil Ronaldonun həbsi və deportasiyası üçün sorğu göndərəcək
  20 Aprel 2023    Oxunub:1144
Genuya Universitetinin hüquqşünası və professoru Nouf bin Əhməd Səudiyyə Ərəbistanı prokurorluğuna ədəbsiz jestinə görə "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun həbsi və ölkədən deportasiyası üçün sorğu göndərmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Ronaldo “Əl-Hilal”a qarşı oyununda (0:2) meydanı tərk edərkən tribunadan azarkeşlər Messinin adının qışqıran zaman ədəbsiz jest edib.

“Mən idmanı izləmirəm. Azarkeşlər Kriştianonu təhrik etsə və o, onlara necə reaksiya verəcəyini bilməsə belə, Ronaldonun davranışı cinayətdir. İctimai əxlaqsızlıq əcnəbi tərəfindən törədildikdə həbs və deportasiya tələb edən cinayətlərdən biridir. Bununla bağlı prokurorluğa ərizə verəcəyik” - deyə vəkil bildirib.

EFE xəbər agentliyi yazıb ki, Ronaldo matç zamanı qasıq nahiyəsindən zədə aldığı üçün həmin hərəkəti edib.

AzVision.az


Teqlər:





Xəbər lenti