Mingəçevirdə 10 yaşlı qız zəhərlənərək ölüb

   Mingəçevirdə 10 yaşlı qız zəhərlənərək ölüb
  19 Aprel 2023    Oxunub:1285
Mingəçevirdə 10 yaşlı qızın zəhərlənərək ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü Nailə Babayevanın (ad və soyadlar şərtidir) ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
***
Mingəçevir şəhərində10 yaşlı qız zəhərlənərək ölüb.

"Report"un xəbərinə görə, şəhər sakini, 2013-cü il təvəllüdlü Leyla Quluzadə zəhərlənmədən xəstəxanaya yerləşdirilib.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, azyaşlı dərman vurulmuş ağacdan alça yedikdən sonra zəhərlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti