75 yaşlı Şvartsenegger motivasiya kitabı yazdı

   75 yaşlı Şvartsenegger  motivasiya kitabı yazdı
  19 Aprel 2023    Oxunub:1856
Amerikalı aktyor Arnold Şvartsenegger yeni motivasiya kitabının çıxacağını elan edib. Bu barədə aktyor sosial şəbəkədəki abunəçilərinə məlumat verib.
75 yaşlı aktyor şəxsi bloqunun abunəçilərinə “Faydalı olun: Həyat üçün Yeddi alət” adlı kitabının üz qabığını göstərib. O bildiirb ki, məsləhətləri başqa insanlara kömək edə bilsin deyə, öz “fəlsəfəsi” haqqında kitab yazmağa qərar verib.

"Atam həmişə mənə deyirdi: "Faydalı ol, Arnold". İnsanlar hər dəfə yanıma gəlib məsləhətlərimin həyatda onlara necə kömək etdiyini söyləyəndə görürəm ki, həyat fəlsəfəmi, qaydalarımı və düsturumu paylaşdığım zaman bunun faydalı olduğunu görürəm”, - o, postun altında yazıb.

Arnold Şvartseneggerin “Faydalı olun: Həyat üçün yeddi vasitə” kitabı 10 oktyabr 2023-cü ildə satışa çıxarılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti