Türkiyə sakinləri Qara dəniz qazını qismən pulsuz alacaqlar

   Türkiyə sakinləri Qara dəniz qazını qismən pulsuz alacaqlar
  19 Aprel 2023    Oxunub:1304
Türkiyədə istehlakçılar Qara dənizin Sakarya yatağından təbii qazı endirimli və ya qismən pulsuz alacaqlar.
Hürriyət qəzetinin verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mavi yanacağın tədarükünə başlanılması mərasimində məlumat verəcək. Ərdoğanın özü çərşənbə axşamı axşam TRT-də çıxış edərək, təfərrüatları dəqiqləşdirmədən mərasimdə "şad xəbər" açıqlayacağını bildirib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Qara dənizdə yeni qaz kəşfiyyatı işlərinə hazırlaşır: "Qara dənizin mərkəzi hissəsində seysmik tədqiqatlar başa çatıb, şərq hissəsində isə davam etdirilir. Sonra qazma başlayacaq".

Qara dəniz qazının Türkiyəyə tədarükünün başlanması mərasimi aprelin 20-də yerli vaxtla saat 21:23-də (Bakı vaxtı ilə üst-üstə düşür) baş tutacaq. “Hürriyet” bu vaxtı əlamətdar adlandırır, çünki 1923-cü ildə cümhuriyyətin elan edilməsinin 100-cü ildönümünü simvolizə edir.

Türkiyə hakimiyyətinin məlumatına görə, may ayının ilk həftəsində yerli sakinlərin evləri qazla təmin olunacaq. İlkin mərhələdə sutkada təqribən 10 milyon kubmetr neft hasil edilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti