Əliabbas Rzazadə Avropa çempionatında qızıl medal qazandı

Əliabbas Rzazadə Avropa çempionatında qızıl medal qazandı
  18 Aprel 2023    Oxunub:1898
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.
AzVision.az-ın məlumatına görə, Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub.

Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib. Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.

AzVision.az



Teqlər: Güləş  





Xəbər lenti