Həkimlər on yaşlı uşağın beynindən qurdlar çıxardı

   Həkimlər on yaşlı uşağın beynindən qurdlar çıxardı
  17 Aprel 2023    Oxunub:2268
Qazaxıstanda Çimkəndin şəhər klinik uşaq xəstəxanasının həkimləri kiçik xəstənin beynindən qurdları çıxarıblar.
Bu barədə yerli OTYRAR nəşri məlumat yayıb. Belə ki, on yaşlı uşaq daimi baş ağrılarından şikayət edərək həkimlərə müraciət edib. Müayinə nəticəsində həkimlər xəstənin beynində exinokokkoz olduğunu müəyyən ediblər.

Uşaq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Uşağı əməliyyat edən cərrahlar bildiriblər ki, kiçik xəstənin başından 15-10 sm ölçüdə exinokok kistası, həmçinin 10-15-ə yaxın lent qurd çıxarıblar. Beyin exinokokkozu nadir parazitar xəstəlikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti