İsmayıllı sakini xəstəxanada öldü: Cinayət işi başlanılıb

İsmayıllı sakini xəstəxanada öldü:    Cinayət işi başlanılıb
  17 Aprel 2023    Oxunub:1231
İsmayıllı sakininin Qəbələdə xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti