Beynəlxalq ekspert: “Ermənistan xarici tədbirləri təhlükəsiz təşkil edə bilməz”
O, bu yaxınlarda İrəvanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılması aktını pisləyib.
"Ölkənin milli rəmzlərinə belə hörmətsizlik edilməsi yolverilməzdir və ədalətli oyun və idman ruhuna ziddir. Yadda saxlamaq lazımdır ki, idman siyasi və ya münaqişəli məsələlərin müzakirəsi platforması kimi istifadə edilməməlidir”, - ekspert əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu hadisəyə diqqət yetirməli, idmançılara və ya milli simvollara qarşı istənilən zorakılıq və ya aqressiyaya qarşı çıxmalıdır.
"Bu hadisə xalqlar arasında sülh və harmoniyanın zəruriliyini vurğulayır... İdman xalqlar arasında hörmət və anlaşmanı təşviq etmək üçün bir vasitə ola bilər", - beynəlxalq ekspert vurğulayıb.
Bundan əlavə, Nəvab Ermənistanın nadir hallarda beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə diqqət çəkib. O, qeyd edib ki, milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün iştirakçıların və tamaşaçıların təhlükəsizliyini və rifahını təmin etmək ev sahibi ölkələr üçün son dərəcə vacibdir.
AzVision.az
Teqlər: Kayzer Ermənistan