Döyüşçümüzə çox güclü rəqib düşdü

Döyüşçümüzə çox güclü rəqib düşdü
  25 May 2014    Oxunub:1045
Mayın 30-da Sinqapurda “Qəbələ” İdman Klubunu MMA idman növü üzrə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasov “One Fighting Championship” turnirində Ben Askren ilə qarşılaşacaq.
Turnir öncəsi təşkil olunan mətbuat konfransında “Qəbələ” İdman Klubunun döyüş növləri əlaqələndiricisi Səbuhi Qarayev, MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərov əvvəllər güləş və sambo ilə məşğul olan B.Abbasovun rəqibinin döyüş üslubunu bildiyini və buna əks taktika hazırladığını açıqlayıblar.
.
Beynəlxalq MMA Liqasının vitse-prezidenti, B.Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov idmançının hazırlığını mükəmməl qiymətləndirib.

B.Abbasov mayın 26-da Sinqapura yola düşəcək. Həmin gün 10 döyüş olacaq. Qalib gələn idmançı dünya kəməri uğrunda mübarizə aparacaqlar.

B.Abbasov dünya reytinqində 129-cu, rəqibi Ben Askren isə 5-cidir.


Teqlər:





Xəbər lenti