29 700 virus tərkibli sənədin dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb

      29 700 virus tərkibli sənədin    dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb
  15 Aprel 2023    Oxunub:1514
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə AzstateNet dövlət şəbəkəsində 2023-cü ilin birinci rübündə 148 milyon 130 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 906 600 zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb
Bu barədə AzVision.az -a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.

Məlumatda deyilir ki, 29 700 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısının alınmasını həyata keçirib.

AzVision.az



Teqlər: Virus  





Xəbər lenti