Marsda aşkarlanan sünbülvari struktur sümük qalığıdır? - FOTOLAR
Robot tərəfindən çəkilən fotoya düşən qaya normal avtomobil ölçüsündə olub. O, 96 mil (154 km) uzunluğundakı Qeyl kraterinin dibində imiş. Sümbülə bənzər qayadan olan ideal çıxıntılar bir sıra suallar yaradıb.
Foto aprelin 1-də çəkilib və hazırda qayanın təbii proseslər nəticəində bu hala düməsi və ya hansısa sensasiyalı orqaniq qalıqlar olması ilə bağlı çoxsaylı fərziyyələr irəli sürülür.
Qeyd edək ki, "Curiosity" NASA-nın Mars Elm Laboratoriyası (MSL) missiyasının bir hissəsi olaraq 2012-ci ilin avqust ayından etibarən Qeyl kraterində araşdırmalar aparır.
Tural Tağıyev
AzVision.az